Sayt Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə hazırlanmışdır

Qloballaşan Dünyaya İnteqrasiya İctimai Birliyi
"Bakı və rayonlarda Xəzər sahillərinin və digər su hövzələrinin monitorinqi" layihəsi. 2022

203 ha meşə fondu ərazisi payız əkin mövsümü üçün hazır vəziyyətə gətirilib

Əkin mövsümü ilə əlaqədar Ağcabədi, Bərdə, Sabirabad, Şəki, Göygöl, Quba, Şabran, Tovuz, Şəmkir, İsmayıllı, Oğuz, Lənkəran və Cəlilabad rayonlarının meşə fondu torpaqlarının açıq sahələrində bugünədək, ümumilikdə 203 hektar ərazidə torpaq hazırlığı işləri aparılıb. “Report” xəbər verir ki, bu barədə Meşələrin İnkişafı Xidmətinin rəsmisi Vahid Fərzəliyev bildirib. Onun sözlərinə görə, payız əkin planına uyğun olaraq meşə sahələrində hər bölgənin torpaq-iqlim şəraitinə uyğun Regional Meşə Təsərrüfatı Mərkəzlərinin tinglik sahələrində yetişdirilmiş palıd, fıstıq, vələs, ağcaqayın, qarağac, çinar, cökə, göyrüş və digər müxtəlif cinsli ağaclar əkiləcək və toxumlar səpiləcək.

Bütün hüquqlar qorunur © 2022
Saytda əks olunan fikir və mülahizələr müəllifə aiddir və
Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına
Dövlət Dəstəyi Agentliyinin rəsmi mövqeyini əks etdirmir