Sayt Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə hazırlanmışdır

Qloballaşan Dünyaya İnteqrasiya İctimai Birliyi
"Bakı və rayonlarda Xəzər sahillərinin və digər su hövzələrinin monitorinqi" layihəsi. 2022

86 yaşlı zəhmətkeş Ayna nənə

Fərəcova Ayna Firudin qızı 15 yanvar 1938-ci ildə Masallı rayonunun Şıxlar kəndində anadan olmuşdur. Şıxlar kənd 8 illik (ümumi orta), daha sonra isə Qızılağac kənd orta məktəbini bitirmişdir. Qasımlı kəndindən olan Böyük Vətən Müharibəsi iştirakçısı – Fərəcov Fəyyaz Qasım oğlu ilə ailə həyatı qurmuşdur. 1969-cu ildə Masallı rayonunun Yeddioymaq Kənd Zəhmətkeş Deputatları Sovetinə 22 nömrəli seçki dairəsindən deputat seçilmişdir. 13 may 1974-cü ildə Azərbaycan Kommunist Partiyasının Masallı Rayon Komitəsinə üzv seçilmişdir. 1988-ci ilə qədər həmən partiyanın üzvü olmuşdur. İşlədiyi dövrdə nümunəvi xidmətlərinə görə 1980-ci ilin 23 aprel tarixində Azərbaycan SSR Ali Sovetinin Rəyasət heyəti tərəfindən Fəxri Fərmanla təltif edilmişdir. Həmçinin rayonda keçirilən «Məhsul» bayramlarında qol saatı və digər qiymətli hədiyyələrlə mükafatlandırılmış, 1985-ci ildə «Əmək veteranı» medalına layiq görülmüşdür. Hazırda Ayna nənə təqaüddədir. Doğum günün mübarək olsun! Allahdan nənəyə uzun ömür, cansağlığı diləyirik.


Hörmətlə,
Murmansk Vilayəti İctimai Təşkilatı “Azərbaycan Mədəniyyət Mərkəzi”nin sədr müavini Fəyyazlı Mehdi Afiq oğlu

Bütün hüquqlar qorunur © 2022
Saytda əks olunan fikir və mülahizələr müəllifə aiddir və
Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına
Dövlət Dəstəyi Agentliyinin rəsmi mövqeyini əks etdirmir