Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən keçirilən nəzarət tədbirləri zamanı Nəsimi rayonu Salatın Əsgərova küçəsində yol kənarı sahədə 27 Şərq çinarının dibinin asfaltlandığı müəyyən olunub.
Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşlarının nəzarəti altında Bakı şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyinin işçiləri tərəfindən ağacların dibi asfaltdan təmizlənib və onlara aqrotexniki xidmət göstərilib.