Sayt Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə hazırlanmışdır

Qloballaşan Dünyaya İnteqrasiya İctimai Birliyi
"Bakı və rayonlarda Xəzər sahillərinin və digər su hövzələrinin monitorinqi" layihəsi. 2022

Avropa İttifaqı Şurası enerji qiymətləri ilə bağlı yeni sammit çağıra bilər

“Enerji xərclərinin azaldılması üçün tədbirləri təsdiqləmək üçün Avropa İttifaqının yeni sammiti çağırıla bilər”.

Bunu Avropa İttifaqı (Aİ) Şurasının Prezidenti Şarl Mişel Fransanın “France Inter” radiostansiyasına müsahibəsində deyib.

“Söhbət ondan gedir ki, noyabrda biz artıq tədbirləri razılaşdıracağıq. Mən şəxsən nazirlərin işini yaxından izləməyə söz vermişəm. Lazım gələrsə, yenidən yüksək səviyyəli görüş keçirəcəyik”, – o bildirib.

Onun sözlərinə görə, Aİ-yə üzv ölkələr maksimum qiymət həddi barədə razılığa gəliblər, lakin müvafiq qurumların nazirləri məhdudiyyətlərlə bağlı müfəssəl razılaşmalar hazırlamalıdırlar.

Xatırladaq ki, Aİ ölkələrinin energetika nazirlərinin ilk iclası oktyabrın 25-də keçiriləcək.

Bütün hüquqlar qorunur © 2022
Saytda əks olunan fikir və mülahizələr müəllifə aiddir və
Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına
Dövlət Dəstəyi Agentliyinin rəsmi mövqeyini əks etdirmir