Sayt Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə hazırlanmışdır

Qloballaşan Dünyaya İnteqrasiya İctimai Birliyi
"Bakı və rayonlarda Xəzər sahillərinin və digər su hövzələrinin monitorinqi" layihəsi. 2022

Ayxan Hacızadə: Azərbaycan tərəfi danışıqların davam etdirilməsi öhdəliyinə sadiqdir

Azərbaycan və Ermənistan liderləri arasında növbəti görüşdə iştirak üçün Ermənistan tərəfindən şərt irəli sürülməsi, belə bir görüşün yalnız Fransa Prezidentinin iştirakı ilə keçirilə biləcəyinin bir daha təsdiqlənməsi Ermənistan tərəfinin üzərinə götürdüyü öhdəliklərə sadiq olmadığını göstərir.

AZƏRTAC xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə söyləyib.

O qeyd edib ki, Ermənistan tərəfi liderlər arasında növbəti görüşün Praqada deyil, məhz avqustun 31-də eyni formatlı üçtərəfli görüşün Brüsseldə liderlər arasında razılaşdırıldığını unudub. Brüsseldə növbəti görüş barədə əldə edilmiş razılığa baxmayaraq, Azərbaycan tərəfinin xoş niyyətlə Praqada görüşə, o cümlədən Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişellə yanaşı, Fransa Prezidentinin iştirakına razılıq verməsindən təəssüf ki, növbəti mərhələdə sui-istifadə edilib, Fransa tərəfinin obyektiv və ədalətli vasitəçi olmadığını göstərib.

Ayxan Hacızadənin sözlərinə görə, Ermənistan tərəfindən fərqli olaraq, Azərbaycan tərəfi Brüsseldə əldə edilmiş razılığa uyğun olaraq liderlər arasında danışıqlardan imtina etməyib və danışıqların davam etdirilməsi öhdəliyinə sadiqdir.

Bütün hüquqlar qorunur © 2022
Saytda əks olunan fikir və mülahizələr müəllifə aiddir və
Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına
Dövlət Dəstəyi Agentliyinin rəsmi mövqeyini əks etdirmir