Azərbaycan Barselonada keçiriləcək turizm sərgisində iştirak edəcək

Azərbaycan noyabrın 28-30-u tarixlərində İspaniyanın Barselona şəhərində keçiriləcək turizm sərgisində iştirak edəcək.

“Report” xəbər verir ki, bununla bağlı Dövlət Turizm Agentliyi hazırlıqlara başlayıb.

Qeyd edək ki, turizm sərgisində bu il bir min sərgi iştirakçısının, ümumilikdə isə 15 mindən çox qonağı bir araya gətirməsi gözlənilir. O, Avropanın ən böyük və ən müasir sərgi məkanlarından biri olan “Fira Barcelona Gran Via”da keçiriləcək.

Bütün hüquqlar qorunur © 2024

Saytda əks olunan fikir və mülahizələr müəllifə aiddir və
Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına
Dövlət Dəstəyi Agentliyinin rəsmi mövqeyini əks etdirmir