Bu il Azərbaycanda bütün ulduz təsnifatları üzrə hotellərdə onlayn bronlaşdırma sistemi olan booking.com vasitəsilə bir gecə qalmaq üçün orta qiymət 154,3 manat təşkil edib.
Bu, ötən illə müqayisədə 24,2 % çoxdur.
Təkcə dekabr ayında isə booking.com-da ölkə hotellərində bir gecə qalmaq üçün orta qiymət 149,7 manat olub ki, bu da bir il əvvələ nisbətən 24,7 % çoxdur.
Müqayisə üçün, İstanbul hotellərində yanvar-dekabr aylarında orta qiymət 166 manat təşkil edib və bu, ötən ilin eyni dövrü ilə müqayisədə 7,8 % azdır.
Gürcüstanda isə yanvar-dekabr aylarında hotellərdə bir gecə qalmaq üçün orta qiymət 133 manat olub (-9,2 %).