Sayt Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə hazırlanmışdır

Qloballaşan Dünyaya İnteqrasiya İctimai Birliyi
"Bakı və rayonlarda Xəzər sahillərinin və digər su hövzələrinin monitorinqi" layihəsi. 2022

Azərbaycan icması Fransa Senatının qətnaməsini dəyərsiz kağız parçası adlandırıb

Niderlandda fəaliyyət göstərən Hollanda Azərbaycan-Türk Mədəniyyət Dərnəyi Fransa Senatının Azərbaycana qarşı bədnam qətnaməsinə etiraz məqsədilə Fransanın bu ölkədəki səfirliyinə müraciət edib.Diasporlaİş üzrə Dövlət Komitəsindən AZƏRTAC-a verilən məlumata görə, dərnəyin sədri İlhan Aşkının adından Fransa səfirliyinə ünvanlanan müraciətdə bildirilib ki, Fransa Senatının qəbul etdiyi qətnamə Azərbaycan üçün heç bir dəyəri olmayan kağız parçasıdır: “BMT çərçivəsində Azərbaycanın ərazi bütövlüyünü tanıyan Fransa bu cür addımlarla beynəlxalq hüquq normalarını pozur. ATƏT-in Minsk qrupunun həmsədrlərindən biri kimi neytral mövqe tutmalı olduğu halda, tamamilə ermənipərəst mövqe tutur və Azərbaycana qarşı təcavüz fenomenini dəstəkləyir”.Qeyd edilib ki, bu qətnamənin Fransa Senatı tərəfindən qəbul edilməsi və onun Milli Assambleyaya göndərilməsi Azərbaycanın beynəlxalq səviyyədə, o cümlədən Fransa tərəfindən tanınmış ərazi bütövlüyünə və beynəlxalq hüququn əsas prinsiplərinə açıq-aşkar etinasızlıq, BMT Təhlükəsizlik Şurasının Azərbaycan torpaqlarının qeyd-şərtsiz azad olunmasına dair 4 qətnaməsini heçə saymaq deməkdir.Dərnək sədri diqqətə çatdırıb ki, Fransa Senatının qərarı Azərbaycanın üzərinə heç bir hüquqi öhdəlik qoya bilməsə də, Fransanın ATƏT-in Minsk qrupundakı fəaliyyətinə kölgə salıb.

 

 

Bütün hüquqlar qorunur © 2022
Saytda əks olunan fikir və mülahizələr müəllifə aiddir və
Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına
Dövlət Dəstəyi Agentliyinin rəsmi mövqeyini əks etdirmir