Azərbaycan Prezidenti İlham Əliyevin noyabrın 25-də Bakıda, ADA Universitetində “Orta Dəhliz boyunca: geosiyasət, təhlükəsizlik və iqtisadiyyat” mövzusunda keçirilən beynəlxalq konfransda söylədiyi bəzi fikirlər Gürcüstan mətbuatının diqqət mərkəzində olub.AZƏRTAC xəbər verir ki, interpressnews.ge, aktual.ge, 24news.ge, kavkasia.net informasiya portalları, 1tv.ge televiziyası Azərbaycan Prezidentinin çıxışından materiallar yayımlayıblar.Azərbaycan, rus və gürcü dillərində yayımlanan materiallarda Prezident İlham Əliyevin Ermənistanın pozuculuq fəaliyəti, Fransa Prezidenti Makronla görüşü, eləcə də Gürcüstanda 116 azərbaycandilli məktəbin fəaliyyət göstərdiyi halda İranda belə məktəblərin olmaması barədə fikirləri yer alıb.