Sayt Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə hazırlanmışdır

Qloballaşan Dünyaya İnteqrasiya İctimai Birliyi
"Bakı və rayonlarda Xəzər sahillərinin və digər su hövzələrinin monitorinqi" layihəsi. 2022

Azərbaycan Yaponiyada keçiriləcək turizm sərgisində iştirak edəcək

Azərbaycan oktyabrın 26-29-da Yaponiyanın Osaka şəhərində keçiriləcək beynəlxalq turizm sərgisində (“Tourism Expo Japan”) iştirak edəcək.

“Report” xəbər verir ki, ölkəmizi sərgidə Dövlət Turizm Agentliyi təmsil edəcək.

Artıq bununla bağlı hazırlıqlara başlanılıb.

Xatırladaq ki, “Tourism Expo Japan” 2014-cü ildən keçirilir. Sərginin təşkilatçıları Yaponiyanın Səyahət və Turizm Assosiasiyası, Yaponiya Səyahət Agentlikləri Assosiasiyası (JATA) və Yaponiya Milli Turizm Təşkilatıdır (JNTO).

Bütün hüquqlar qorunur © 2022
Saytda əks olunan fikir və mülahizələr müəllifə aiddir və
Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına
Dövlət Dəstəyi Agentliyinin rəsmi mövqeyini əks etdirmir