Azərbaycandan xaricə səfər edənlərin sayı 20 % artıb

Bu ilin yanvar-iyul aylarında xarici ölkələrə gedən Azərbaycan vətəndaşlarının ümumi sayı 993,5 min nəfər olub. Dövlət Statistika Komitəsinin (DSK) məlumatına görə, bu, 2022-ci ilin eyni dövrü ilə müqayisədə 19,8 % artım deməkdir. Bildirilir ki, Rusiya Federasiyasına gedən Azərbaycan vətəndaşlarının sayı 1,6 dəfə, Gürcüstana – 32,5 %, Türkiyəyə – 6,4 % artıb, İrana – 24,7 % azalıb. Azərbaycan vətəndaşlarının 42,5 %-i Türkiyəyə, 22,7 %-i Rusiyaya, 9,2 %-i Gürcüstana, 7,7 %-i İrana, 17,9 %-i digər ölkələrə səfər edib. Gedənlərin 66,5 %-ni kişilər, 33,5 %-ni qadınlar təşkil edib. Hesabat dövründə xarici ölkələrə səfər edən Azərbaycan vətəndaşlarının 68 %-i hava, 29,3 %-i dəmir yolu və avtomobil, 2,7 %-i isə dəniz nəqliyyatından istifadə edib.

Bütün hüquqlar qorunur © 2024

Saytda əks olunan fikir və mülahizələr müəllifə aiddir və
Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına
Dövlət Dəstəyi Agentliyinin rəsmi mövqeyini əks etdirmir