Sayt Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə hazırlanmışdır

Qloballaşan Dünyaya İnteqrasiya İctimai Birliyi
"Bakı və rayonlarda Xəzər sahillərinin və digər su hövzələrinin monitorinqi" layihəsi. 2022

Azərbaycanın Fələstində Təmsilçilik Ofisi təsis edildi

Prezident İlham Əliyev Azərbaycanın Fələstində (Ramallah şəhərində) Təmsilçilik Ofisinin təsis edilməsi haqqında Sərəncam imzalayıb.

“Qafqazinfo” xəbər verir ki, Prezident, həmçinin Təmsilçilik Ofisinin fəaliyyətinin təmin edilməsi ilə bağlı da Sərəncam imzalayıb.

Sərəncama əsasən, Nazirlər Kabinetinə Azərbaycan Respublikasının Fələstin Dövlətində (Ramallah şəhərində) Təmsilçilik Ofisinin fəaliyyətinin təmin edilməsi ilə bağlı maddi-texniki təchizat və maliyyələşdirilmə və bu Sərəncamdan irəli gələn digər məsələləri həll etmək, Xarici İşlər Nazirliyinə isə Təmsilçilik Ofisinin strukturunu və ştat cədvəlini təsdiq etmək tapşırılıb.

Bütün hüquqlar qorunur © 2022
Saytda əks olunan fikir və mülahizələr müəllifə aiddir və
Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına
Dövlət Dəstəyi Agentliyinin rəsmi mövqeyini əks etdirmir