Sayt Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə hazırlanmışdır

Qloballaşan Dünyaya İnteqrasiya İctimai Birliyi
"Bakı və rayonlarda Xəzər sahillərinin və digər su hövzələrinin monitorinqi" layihəsi. 2022

Azərbaycanın haqlı mövqeyini ictimaiyyətə çatdırmaq istəyirik

Azərbaycanı və bölgədə davamlı sülhü dəstəkləmək üçün bu insanlar buraya toplaşıb etirazlarını bildirirlər. Birlikdə Fransa Milli Assambleyasına və Prezident Emmanuel Makrona mesaj vermək istəyirik ki, Ermənistanı dəstəkləməklə atdıqları addımlar regionda sülhün lehinə yox, əleyhinədir.Bu fikirləri Azərbaycan diasporasının Fransa Milli Assambleyasına etiraz aksiyasına qatılmış ölkəmizin dostu, İngiltərə vətəndaşı Neil Vatson AZƏRTAC-a müsahibəsində deyib.Bildirib ki, bu etiraz aksiyasının məqsədi beynəlxalq hüquqa əsaslanan Azərbaycanın mövqeyinin tam haqlı olduğunu ictimaiyyətə çatdırmaqdır: ”Həmçinin fransız parlamentarilərə və Prezident E. Makrona Azərbaycanın mövqeyinin haqlı olmasını eşitdirmək lazımdır. Fransa Senatında Azərbaycanı işğalçı kimi qələmə verən son dərəcə ədalətsiz qətnamə qəbul edilib. Azərbaycanın guya Ermənistanın torpaqlarını işğal etdiyi bildirilir. Ona qarşı sanksiyalardan danışılır. Bu, beynəlxalq hüquqa tamamilə ziddir. Fransa 28 ildən sonra həqiqətən sülh danışıqlarının iştirakçısı ola bilərdi. Bu gün isə 28 il ərzində sülh danışıqlarının niyə uğursuz olduğu aydınlaşır. Fransanın qatı ermənipərəst və anti-Azərbaycan mövqeyi açıq görünür. Ölkədəki erməni lobbisinin fonunda Emmanuel Makronun ermənilərin tərəfdarı olduğu görünür.Fransa Avropa İttifaqı mandatının bir hissəsi ola bilməz. Davam edən danışıqlar zamanı Fransanın Ermənistanın yanında olması sülh danışıqlarına mənfi təsir edəcək. Həmçinin Cənubi Qafqazda sülhə mane olacaq”.“Azərbaycan sülh niyyətini və iradəsini hər zaman göstərib. İnanıram ki, Fransa Milli Assambleyası və xalqı Azərbaycanın mövqeyinin tamamilə doğru olduğunu bir gün anlayacaq. Azərbaycan regionda sülhün bərqərar olmasına nail olacaq. Cənubi Qafqaz xalqları birlikdə sülh və harmoniya şəraitində yaşaya biləcəklər”,-deyə N. Vatson vurğulayıb.

Bütün hüquqlar qorunur © 2022
Saytda əks olunan fikir və mülahizələr müəllifə aiddir və
Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına
Dövlət Dəstəyi Agentliyinin rəsmi mövqeyini əks etdirmir