Noyabrın 17-də Azərbaycan Respublikasının NATO yanında Nümayəndəliyinin başçısı Cəfər Hüseynzadə etimadnaməsini NATO Baş katibi Yens Stoltenberqə təqdim edib.AZƏRTAC xəbər verir ki, baş tutan görüşdə tərəflər NATO-Azərbaycan tərəfdaşlığı və onun gələcək perspektivləri ətrafında fikir mübadiləsi aparıb.