Sayt Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə hazırlanmışdır

Qloballaşan Dünyaya İnteqrasiya İctimai Birliyi
"Bakı və rayonlarda Xəzər sahillərinin və digər su hövzələrinin monitorinqi" layihəsi. 2022

Azərbaycana turist axını 34% artıb

Bu ilin yanvar-avqust aylarında Azərbaycana 183 ölkədən 1 343,7 min nəfər və yaxud ötən ilin eyni dövrü ilə müqayisədə 33,8 % çox əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib.

“Report” bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Məlumata görə, gələnlərin 31,7 %-i Rusiya, 17,7 %-i Türkiyə, 7,5 %-i İran, 4,9 %-i Hindistan, 4,7 %-i Gürcüstan, 4,4 %-i Səudiyyə Ərəbistanı, 2,6 %-i Qazaxıstan, 2,4 %-i Pakistan, 2,1 %-i Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ), 1,8 %-i Özbəkistan, 1,6 %-i İsrail, hər birindən 1,5 % olmaqla Küveyt və Ukrayna, 1,4 %-i Belarus, 1,2 %-i Türkmənistan, 1,1 %-i Böyük Britaniya, 11,9 %-i digər ölkələrin vətəndaşları olub. Gələnlərin 69,9 %-ni kişilər, 30,1 %-ni qadınlar təşkil edib.

Ötən ilin eyni dövrü ilə müqayisədə Çindən gələnlərin sayı 8,2 dəfə, Türkmənistandan – 3,2 dəfə, Hindistandan – 2,4 dəfə, Özbəkistandan – 1,8 dəfə, Qazaxıstandan – 1,8 dəfə, Belarusdan – 1,7 dəfə, Rusiya Federasiyasından – 1,6 dəfə, İtaliyadan – 1,5 dəfə, ABŞ-dan – 39,5 %, İsraildən – 39,2 %, Gürcüstandan – 32,9 %, Böyük Britaniyadan – 27 %, Küveytdən – 22,3 %, Türkiyədən – 19,6 %, Almaniyadan – 18,6 %, BƏƏ-dən – 11,8 %, Ukraynadan – 5,1 % artıb.

2022-ci ilin yanvar-avqust ayları ilə müqayisədə MDB ölkələrindən gələnlərin sayı 1,6 dəfə artaraq 549,4 min nəfər, Avropa İttifaqına üzv ölkələrdən gələnlərin sayı 37,8 % artaraq 67,6 min nəfər, körfəz ölkələrindən gələnlərin sayı 10,2 % azalaraq 228,4 min nəfər olub.

Ölkəmizə gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin 71,9 %-i hava, 26,7 %-i dəmir yolu və avtomobil, 1,4 %-i isə dəniz nəqliyyatından istifadə etib.

Bütün hüquqlar qorunur © 2022
Saytda əks olunan fikir və mülahizələr müəllifə aiddir və
Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına
Dövlət Dəstəyi Agentliyinin rəsmi mövqeyini əks etdirmir