Sayt Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə hazırlanmışdır

Qloballaşan Dünyaya İnteqrasiya İctimai Birliyi
"Bakı və rayonlarda Xəzər sahillərinin və digər su hövzələrinin monitorinqi" layihəsi. 2022

“Azad olmuş torpaqlar” adlı tədbir keçirildi

Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (MKS) M.Ş.Vazeh adına Mərkəzi Kitabxanasının Uşaq şöbəsi “Azad olmuş torpaqlar” adlı tədbir keçirdi.
Şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Kitabxananın əməkdaşları Sevil Namazova və İradə Hüseynova çıxış edərək Azərbaycan ordusunun 2020-ci il sentyabrın 27-də Qarabağda başladığı uğurlu əks-hücum əməliyyatı nəticəsində azad olunmuş tarixi torpaqlarımız haqqında şagirdlərə məlumat verdilər.
3c sinif rəhbəri Nərmin Teymurova 44 günlük müharibədə rəşadətli ordumuzun şücaətindən, tarixi Qələbə Gününün əhəmiyyətindən danışdı. Şagirdlər şəhidlərə həsr edilmiş şeirlər söylədilər, Şəmistan Əlizamanlının “Vətən əmanəti” mahnısını ifa etdilər. Onlar kitabxana tərəfindən hazırlanmış stend və kitab sərgisi ilə tanış oldular.
Tədbirdə işğaldan azad olunmuş torpaqlarımıza həsr edilmiş videoçarx nümayiş olundu.

Bütün hüquqlar qorunur © 2022
Saytda əks olunan fikir və mülahizələr müəllifə aiddir və
Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına
Dövlət Dəstəyi Agentliyinin rəsmi mövqeyini əks etdirmir