Sayt Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə hazırlanmışdır

Qloballaşan Dünyaya İnteqrasiya İctimai Birliyi
"Bakı və rayonlarda Xəzər sahillərinin və digər su hövzələrinin monitorinqi" layihəsi. 2022

AZAL və turizm agentlikləri aviasiya və turizm sektorlarının inkişafını müzakirə edib

Bu gün “Azərbaycan Hava Yolları” QSC (AZAL) ölkənin turizm agentliklərinin nümayəndələri ilə görüş keçirərək aviasiya və turizm sektorları üzrə əməkdaşlığın perspektivlərini müzakirə edib.

“Report” ekosular.az AZAL-a istinadən xəbər verir.

Xatırladaq ki, sentyabrın 29-da Azərbaycanda Turizm işçilərinin günü qeyd olunur.

Görüşdə iştirakçılar turizm və aviasiyanın inkişaf potensialını müzakirə ediblər. Azərbaycanın bu sahədə dünya miqyasında mövqeyinin möhkəmləndirilməsi üçün səmərəli qarşılıqlı fəaliyyətin əhəmiyyətinə xüsusi diqqət yetirilib.

Görüşdə geniş miqyaslı məsələlər, o cümlədən marşrut şəbəkəsinin genişləndirilməsi, sərnişinlərə göstərilən xidmətin keyfiyyətinin yüksəldilməsi, maraqlı turizm təkliflərinin yaradılması və bir çox digər aktual məsələlərə baxılıb. Aviaşirkətin nümayəndələri əməkdaşlıq çərçivəsində görülən işlər barədə də ətraflı məlumat veriblər.

“Biz əminik ki, iki sənaye arasında aktiv qarşılıqlı əlaqə turizm sektorunun müxtəlif aspektləri üçün vacibdir. Birgə səylərimiz sərnişinlərə müxtəlif və cəlbedici turizm məhsullar və xidmətlər təklif etməyə imkan verəcək”, – deyə bu strateji əməkdaşlığın əhəmiyyətini vurğulayaraq AZAL-ın Satış və Tərəfdaşlıq üzrə direktoru Çingiz Mürsəlov bildirib.

Turizm agentliklərinin nümayəndələri öz növbəsində yeni turizm təklifləri yaratmaq, səyahətləri daha da rahat və maraqlı etmək üçün aviaşirkətlə fəal əməkdaşlığa hazır olduqlarını bildiriblər.

Hər iki tərəf əməkdaşlığın möhkəmləndirilməsində israrlı olduqlarını vurğulayaraq, bu cür görüşlərin davam edəcəyini qeyd edib.

Bütün hüquqlar qorunur © 2022
Saytda əks olunan fikir və mülahizələr müəllifə aiddir və
Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına
Dövlət Dəstəyi Agentliyinin rəsmi mövqeyini əks etdirmir