Sayt Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə hazırlanmışdır

Qloballaşan Dünyaya İnteqrasiya İctimai Birliyi
"Bakı və rayonlarda Xəzər sahillərinin və digər su hövzələrinin monitorinqi" layihəsi. 2022

Bakı Limanında media nümayəndələri üçün növbəti sahəvi jurnalistika təlimi keçirilib

Noyabrın 14-də “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC və Medianın İnkişafı Agentliyinin birgə təşkilatçılığı ilə jurnalistlər üçün “Azərbaycanın logistika imkanları, real vəziyyət və gələcəyə baxış” adlı silsilə sahəvi jurnalistika təliminin növbəti mərhələsi keçirilib.Medianın İnkişafı Agentliyindən AZƏRTAC-a bildiriblər ki, logistika mərkəzinə səfər və seminarlardan ibarət olan təlimin əsas məqsədi Şərq-Qərb, Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizlərində xüsusi əhəmiyyətə malik olan və böyük gələcək vəd edən Azərbaycanın logistik imkanları barədə media təmsilçilərinin dolğun məlumatlanmasını təmin etməkdir.Təlim çərçivəsində jurnalistlər əvvəlcə Bakı Limanının “Əsas yük”, “Ro-ro” və “Bərə” terminallarına səfər edərək ölkəmizdən tranzit keçən yüklərin aşırılması prosesi, əsas daşınma istiqamətləri və növləri, bu prosesdə istifadə edilən texniki avadanlıqlarla bağlı məlumat əldə edib, onları maraqlandıran suallara cavab tapıblar.Təlim zamanı media təmsilçilərinə Bakı Limanının və Limanda fəaliyyət göstərən beynəlxalq logistika şirkətlərinin peşəkar mütəxəssisləri tərəfindən qitələri birləşdirən əsas nəqliyyat dəhlizləri, Avropa ilə Asiyanı birləşdirən Orta Dəhlizin əhəmiyyəti və onun inkişafı üçün həm Azərbaycan, həm də dəhlizin keçdiyi digər ölkələrdə icra edilən və edilməli olan layihələrlə bağlı məlumat verilib. Eyni zamanda, iştirakçılar Zəngəzur dəhlizinin ölkəmizdən tranzit keçməklə daşınacaq yükün həcminə təsiri, bu dəhlizin istifadəyə verilməsi ilə birlikdə Orta Dəhlizin əldə edəcəyi üstünlüklər barədə də məlumatlandırılıb, jurnalistlərin sualları cavablandırılıb.Təlim çərçivəsində iştirakçılar regionun ilk “yaşıl liman”ı olan Bakı Limanında tətbiq edilən müasir elektron sistemlərin yükaşırmaya təsir imkanları ilə tanış olub, burada ətraf mühitin mühafizəsi üçün həyata keçirilən layihələr barədə məlumat əldə ediblər.

Bütün hüquqlar qorunur © 2022
Saytda əks olunan fikir və mülahizələr müəllifə aiddir və
Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına
Dövlət Dəstəyi Agentliyinin rəsmi mövqeyini əks etdirmir