Sayt Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə hazırlanmışdır

Qloballaşan Dünyaya İnteqrasiya İctimai Birliyi
"Bakı və rayonlarda Xəzər sahillərinin və digər su hövzələrinin monitorinqi" layihəsi. 2022

Bakıda zeytun ağaclarında naməlum bakterial xəstəlik aşkarlanıb

Bakı şəhərinin müxtəlif ərazilərindəki zeytun ağaclarında naməlum bakterial xəstəlik aşkarlanıb.Bu barədə “Report”a Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) Mətbuat xidmətindən məlumat verilib.Bildirilib ki, artıq bir müddətdir ki, şəhərin müxtəlif ərazilərindəki zeytun ağaclarında naməlum bakterial xəstəlik aşkarlanıb, bu da bəzi ağaclarda quruma və saralmalara səbəb olub.Mütəxəssislərin yekdil rəyinə əsasən əsas etibarı ilə qlobal iqlim dəyişiklikləri səbəbindən baş verən bu hal demək olar ki, bütün dünyanı bürüyüb. Dünyanın aparıcı zeytun istehsalçılarından olan İtaliya, İspaniya, Yunanıstan, qardaş Türkiyədə xeyli zeytun ağacı xəstəlik səbəbindən məhv olur.Məsələ ilə əlaqədar BŞİH tərəfindən müvafiq qabaqlayıcı tədbirlər həyata keçirilir, şəhərin bütün ərazisində zeytun ağaclarının vəziyyətinin araşdrılıb.”Xüsusi olaraq Bakıya xarici mütəxəssis dəvət edilib və xəstə ağacların müalicəsi ilə bağlı geniş tədbirlər həyata keçirilir.Hazırda paytaxtın müxtəlif ərazilərində zeytun ağaclarının quruyan budaqları budanır, dibinə gübrə verilir və onlara xüsusi kimyəvi tərkibli dərmanlar olan ampulalarla inyeksiya edilir. Yoluxan ağacların budaqlarının və yarpaqlarının budanması xəstəliyin digər ağaclara yayılmasının qarşısının alınması məqsədi daşıyır.Zeytun ağaclarının cavanlaşdırılması məqsədi ilə payız mövsümündə bu ağacların budanması aparılacaq”, – BŞİH-dən bildirilib.

Bütün hüquqlar qorunur © 2022
Saytda əks olunan fikir və mülahizələr müəllifə aiddir və
Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına
Dövlət Dəstəyi Agentliyinin rəsmi mövqeyini əks etdirmir