Sayt Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə hazırlanmışdır

Qloballaşan Dünyaya İnteqrasiya İctimai Birliyi
"Bakı və rayonlarda Xəzər sahillərinin və digər su hövzələrinin monitorinqi" layihəsi. 2022

“Bir ağac-min nəfəs” aksiyası bu dəfə Xırdalanda keçirilib

Ölkədə yaşıllıqların artırılmasına töhfə vermək məqsədilə “Bir ağac-min nəfəs” aksiyası bu dəfə Abşeron rayonunun Xırdalan şəhərində keçirilib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ekoloji Maarifləndirmə və İctimaiyyətlə Əlaqələr şöbəsinin müdiri Səyyarə Məmmədova bildirib ki, ETSN, “Təmiz Şəhər” ASC və “Neptun” marketlər şəbəkəsinin birgə təşkilatçılığı ilə 18 noyabr tarixində keçirilən ting paylama aksiyası zamanı vətəndaşlar tərəfindən ümumi tutumu 1126 litr olan plastik, 36 litr şüşə, 17 kq kağız tullantı və 55 ədəd işlənmiş batareya təhvil verilib və əvəzində onlara ağac tingləri paylanılıb.

“Bugünədək ölkə ərazisində 8 aksiya keçirilib və vətəndaşlardan ümumilikdə tutumu 2409 litr olan plastik, 71 litr şüşə, 124 kq kağız tullantı, 483 ədəd işlənmiş batareya təhvil götürülüb”.

Bütün hüquqlar qorunur © 2022
Saytda əks olunan fikir və mülahizələr müəllifə aiddir və
Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına
Dövlət Dəstəyi Agentliyinin rəsmi mövqeyini əks etdirmir