Sayt Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə hazırlanmışdır

Qloballaşan Dünyaya İnteqrasiya İctimai Birliyi
"Bakı və rayonlarda Xəzər sahillərinin və digər su hövzələrinin monitorinqi" layihəsi. 2022

“Bir ağac-min nəfəs” aksiyası davam edir

“Bir ağac-min nəfəs” aksiyası bu dəfə 5 saylı Bakı “ASAN xidmət” mərkəzinin qarşısında keçirilib və vətəndaşlardan ümumi tutumu 123 litr olan plastik, 9 litr şüşə tullantı və 44 ədəd işlənmiş batareya təhvil götürülüb, əvəzində isə vətəndaşlara ağac tingləri paylanılıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin ekoloji maarifləndirmə və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Səyyarə Məmmədova AZƏRTAC-a bildirib ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi və “Təmiz Şəhər” Açıq Səhmdar Cəmiyyətinin birgə təşkilatçılığı ilə keçirilən aksiyanın məqsədi ölkədə yaşıllıqların artırılmasına töhfə vermək, eyni zamanda, tullantıların təkrar emalına dəstək olmaqdır.

S.Məmmədovanın sözlərinə görə, növbəti aksiya noyabrın 18-də saat 11:00-da Binəqədi-Xırdalan şosesində yerləşən “Neptun” hipermarketin qarşısında keçiriləcək.

Bütün hüquqlar qorunur © 2022
Saytda əks olunan fikir və mülahizələr müəllifə aiddir və
Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına
Dövlət Dəstəyi Agentliyinin rəsmi mövqeyini əks etdirmir