Sayt Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə hazırlanmışdır

Qloballaşan Dünyaya İnteqrasiya İctimai Birliyi
"Bakı və rayonlarda Xəzər sahillərinin və digər su hövzələrinin monitorinqi" layihəsi. 2022

Böyük Qayıdışa dair Dövlət Proqramı regiona yeni nəfəs gətirəcək

İşğaldan azad edilmiş ərazilərə Böyük Qayıdışa dair I Dövlət Proqramı mahiyyət etibarilə Azərbaycan Prezidenti İlham Əliyevin ərazilərimizin bərpası ilə bağlı iradəsinin ifadəsi, Qarabağı və Şərqi Zəngəzuru cənnətə çevirməklə bağlı sözlərinin əməli təzahürü, bunu reallaşdırmağın praktiki planıdır.BunuAZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı İltizam Yusifov deyib.Onun sözlərinə görə, Dövlət Proqramı göstərir ki, yaxın gələcək – növbəti 4 il üçün Qarabağ və Şərqi Zəngəzurda planlaşdırılan işlər tikinti və quruculuqla məhdudlaşmır. Tədbirlər Planının əhəmiyyətli bir hissəsi dayanıqlı icmaların yaradılması, sahibkarlıq fəaliyyəti üçün əlverişli mexanizmlərin, gələcəkdə məşğulluğun təmin edilməsi və sair kimi kompleks məqsədlərə söykənir: “Qələbəmizin siyasi cəhətdən möhkəmləndirilməsi və işğaldan azad edilmiş ərazilərdə bərpa işlərinin aparılması istiqamətində işlər qarşıdakı illərdə Qarabağda aparılacaq quruculuq işləri ölkəmizin həyatına çoxsaylı yeniliklər gətirəcək. Prezident İlham Əliyevin çıxışlarında açıqladığı bəyanatlardan bəllidir ki, Böyük Qayıdış keyfiyyətcə yeni bir həyata qayıdış olacaq. Otuz il əvvəl hətta yaşayış üçün ən vacib əşyalarını belə götürməyə macal tapmadan öz evlərini tərk etmiş sakinlər layiqli həyat şəraiti ilə təmin olunmuş müasir kəndlərə və şəhərlərə qayıdacaqlar. Bunun üçün ilk addımlar hərbi əməliyyatlar başa çatdıqdan dərhal sonra atılmağa başlayıb. Azərbaycan Prezidentinin ərazilərin bərpası və əhalinin qayıdışına dair baxışı və qarşıya qoyduğu hədəflər Dövlət Proqramının prioritet istiqamətlərini təşkil edir. Bu istiqamətlər ümumi olaraq təhlükəsizlik, müasir yaşayış məntəqələrinin salınması, əhalinin dayanıqlı məskunlaşması, əhatəli və qabaqcıl standartlara cavab verən infrastrukturun qurulması, ərazilərin iqtisadi inkişafının dəstəklənməsi və ekoloji təmiz mühitin təmin edilməsidir”.Milli Məclisin deputatı bildirib ki, Dövlət Proqramının miqyası bir çox dünya dövlətlərində bütövlükdə ölkə miqyasında qəbul edilən inkişaf proqramlarından qat-qat daha əhatəli, daha praqmatik və daha hədəfyönümlüdür. Bu miqyasda yenidənqurma və inkişaf proqramının ölkənin öz daxili imkanları hesabına icra edilməsi isə bir çox ölkələr üçün əlçatmaz bir təcrübədir. “Dövlət Proqramının təsdiq edilməsi ilə bağlı dövlətimizin başçısının Sərəncamındakı ayrı-ayrı bəndlər Proqramın yerinə yetirilməsi ilə bağlı nəzarət mexanizminə nə qədər önəm verildiyini göstərir. Tədbirlərin icrasına nəzarət və hesabatlılığın həyata keçirilməsinin Nazirlər Kabinetinə tapşırılması ilə yanaşı, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi bütün tədbirlərin icrasının monitorinqini və qiymətləndirilməsini həyata keçirəcəkdir. Zəruri əlaqələndirmə tədbirləri Əlaqələndirmə Qərargahı tərəfindən təmin ediləcək. Dördillik müddətdə icraçı qurumların hesabatlılığı isə 3 mərhələ üzrə – ilkin, aralıq və yekun nəticələr üzrə qiymətləndiriləcəkdir. Dövlət Proqramının Tədbirlər Planı 25 fərqli fəaliyyət istiqaməti üzrə ərazilərə Böyük Qayıdışla bağlı bütün mümkün aspektləri – yaşayış məntəqələrinin tikintisindən başlayaraq, məşğulluğun təmin edilməsi, bərk məişət tullantılarının idarə edilməsi sisteminədək ən müxtəlif tədbirləri əhatə edir”, – deyə İltizam Yusifov diqqətə çatdırıb.O qeyd edib ki, Dövlət Proqramı üzrə müxtəlif tədbirlərin maliyyələşdirilməsi ilə bağlı Azərbaycan beynəlxalq təşkilatların, donorların və fondların təkliflərinə açıqdır. Belə ki, Dövlət Proqramının potensial maliyyələşmə mənbələri sırasında beynəlxalq təşkilatların, donorların və fondların vəsaiti də göstərilir.

 

 

Bütün hüquqlar qorunur © 2022
Saytda əks olunan fikir və mülahizələr müəllifə aiddir və
Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına
Dövlət Dəstəyi Agentliyinin rəsmi mövqeyini əks etdirmir