Britaniya ilə Azərbaycan arasında güclü və sarsılmaz münasibət var.Bunu AZƏRTAC-a açıqlamasında Böyük Britaniyanın Lordlar Palatasının üzvü Baronessa Uddin söyləyib.“Azərbaycana səfərim zamanı ölkənizə heyran oldum. Azərbaycan mədəniyyətinin zənginliyi və gözəlliyi məni valeh etdi. Hazırda Böyük Britaniyanın belə zəngin ölkə ilə münasibətləri də ən yüksək mərhələyə qalxıb. Bu, hər iki ölkə üçün sevindirici haldır. Britaniya ilə Azərbaycan arasında güclü və sarsılmaz münasibət var”.O vurğulayıb ki, Azərbaycan–Böyük Britaniya əlaqələrinin yüksək səviyyədə inkişafı 44 günlük müharibə dövründə də özünü büruzə verdi. Krallıq Azərbaycana dəstəyini müharibə zamanı da nümayiş etdirdi.