Bu gün Jurnalistlərin Beynəlxalq Həmrəyliyi Günüdür

Sentyabrın 8-i Jurnalistlərin Beynəlxalq Həmrəyliyi Günüdür. 1958-ci ildə Rumıniyanın paytaxtı Buxarestdə keçirilən Beynəlxalq Jurnalistlər Təşkilatının IV Konqresində bununla bağlı qərar qəbul olunub. Dünya mediası üçün əlamətdar sayılan bu tarix 1943-cü il sentyabrın 8-də hitlerçilər tərəfindən qətlə yetirilmiş çexiyalı jurnalist Yulius Fuçikin xatirəsinə təsis edilib.Bu gün ölkəmizdə əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan media siyasəti Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilir və zamanın çağırışlarına uyğun yeni məzmunla zənginləşdirilir. Kütləvi informasiya vasitələrinə və jurnalistlərə ən yüksək səviyyədə diqqət və qayğı göstərilir.Jurnalistlərin Beynəlxalq Həmrəyliyi Günündən danışarkən Azərbaycan Prezidenti İlham Əliyevin himayəsi, birinci xanım Mehriban Əliyevanın dəstəyi, Heydər Əliyev Fondunun və AZƏRTAC-ın təşkilatçılığı ilə 2016-cı ilin noyabrında Bakıda eyni vaxtda keçirilən iki mötəbər tədbiri – Dünya Xəbər Agentliklərinin V Konqresini və Asiya və Sakit Okean Ölkələri İnformasiya Agentlikləri Təşkilatının (OANA) XVI Baş Assambleyasını xatırlatmaq yerinə düşər. İlk dəfə idi ki, dünyanın hər yerindən aparıcı informasiya agentliklərinin rəhbərləri, tanınmış xarici jurnalistlər, media üzrə ekspertlər Bakıya toplaşmışdı. AZƏRTAC-ın 2016-2019-cu illər üçün Dünya Xəbər Agentlikləri Konqresinin və OANA-nın prezidenti seçilməsi də mətbuat tariximizdə nadir hadisələrdəndir.

Bütün hüquqlar qorunur © 2024

Saytda əks olunan fikir və mülahizələr müəllifə aiddir və
Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına
Dövlət Dəstəyi Agentliyinin rəsmi mövqeyini əks etdirmir