Bu il Azərbaycandan xaricə gedənlərin sayı 18 %-dən çox artıb

Bu ilin yanvar-fevral ayları ərzində xarici ölkələrə gedən Azərbaycan vətəndaşlarının ümumi sayı 2022-ci ilin eyni dövrü ilə müqayisədə 18,3 % artaraq 218 min nəfər olub.

Bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verilir.

Gürcüstana gedən Azərbaycan vətəndaşlarının sayı 1,5 dəfə, Türkiyəyə gedənlərin sayı 15,9 %, Rusiya Federasiyasına gedənlərin sayı 8,4 % artıb, İrana gedənlərin sayı isə 15,5 % azalıb. Ölkə vətəndaşlarının 39,7 %-i Türkiyəyə, 22,8 %-i Rusiya Federasiyasına, 9,9 %-i Gürcüstana, 8,4 %-i İrana, 19,2 %-i digər ölkələrə səfər edib.

Gedənlərin 70 %-ni kişilər, 30 %-ni qadınlar təşkil edib.

2023-cü ilin yanvar-fevral aylarında xarici ölkələrə səfər edən Azərbaycan vətəndaşlarının 29,7 %-i dəmir yolu və avtomobil, 67,8 %-i hava, 2,5 %-i isə dəniz nəqliyyatından istifadə edib.

Bütün hüquqlar qorunur © 2024

Saytda əks olunan fikir və mülahizələr müəllifə aiddir və
Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına
Dövlət Dəstəyi Agentliyinin rəsmi mövqeyini əks etdirmir