Sayt Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə hazırlanmışdır

Qloballaşan Dünyaya İnteqrasiya İctimai Birliyi
"Bakı və rayonlarda Xəzər sahillərinin və digər su hövzələrinin monitorinqi" layihəsi. 2022

Dövlət Turizm Agentliyinin sədri Ümumdünya Turizm Təşkilatının baş katibi ilə görüşüb

Azərbaycan və Ümumdünya Turizm Təşkilatı (ÜTT) arasında son illərdə artan əməkdaşlığın genişlənməsi imkanları və ölkəmizin təşkilatın müxtəlif təşəbbüslərinə göstərdiyi dəstək noyabrın 18-də Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev və ÜTT-nin baş katibi Zurab Pololikaşvili arasında qurumun Madriddə yerləşən qərargahında keçirilən görüşündə müzakirə edilib.
Agentlikdən AZƏRTAC-a bildiriblər ki, görüşdə F.Nağıyev Azərbaycanın 2023-2027-ci illər üçün ÜTT-nin İcraiyyə Şurasına üzv olmaq üçün namizədliyini verdiyini qeyd edərək bu ilin aprel ayında baş katibin Azərbaycana rəsmi səfəri zamanı Azərbaycan Prezidenti İlham Əliyev ilə keçirilən görüşün əhəmiyyətini vurğulayıb.
Öz növbəsində Z.Pololikaşvili ÜTT tərəfindən bu il ilk dəfə keçirilmiş Gənclərin Turizm üzrə Qlobal Sammitinə Azərbaycan tərəfindən göstərilmiş maliyyə yardımını vurğulayıb. O, Azərbaycan Hökumətinin dəstəyi ilə hazırda ÜTT-də işləyən azərbaycanlı mütəxəssislərin fəaliyyətini yüksək qiymətləndirdiyini bildirib.
Bundan əlavə, görüşdə Azərbaycan kulinariyası və şərabçılıq təcrübəsinin beynəlxalq təqdimatı və təbliğinin genişləndirilməsi imkanları müzakirə edilib. “İpək Yolu təşəbbüsü” çərçivəsində gələn il Azərbaycanda keçirilməsi nəzərdə tutulan İşçi Qrupun görüşü barədə fikir mübadiləsi aparılıb.
Görüş çərçivəsində Azərbaycanda ÜTT-nin dəstəyi ilə turizm təhsili üzrə müxtəlif layihə və təşəbbüslərin keçirilməsi imkanları müzakirə edilib, təşkilatın peşə təhsili, ixtisaslaşma kursları, təlimçilərin tədrisi və s. kimi istiqamətlərdə təqdim etdiyi xidmətlər barədə məlumat verilib.
Görüşdə, həmçinin Azərbaycanın İspaniya Krallığı və Andorra Knyazlığındakı fövqəladə və səlahiyyətli səfiri Ramiz Həsənov da iştirak edib.

Bütün hüquqlar qorunur © 2022
Saytda əks olunan fikir və mülahizələr müəllifə aiddir və
Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına
Dövlət Dəstəyi Agentliyinin rəsmi mövqeyini əks etdirmir