Dövlət Ekoloji Təhlükəsizlik Xidməti: müvafiq rəy olmadan ağacların digər sahəyə qanunsuz köçürüldüyü müəyyən edilib

Paytaxtın Səbail rayonu, Badamdar qəsəbəsi, Tofiq Məmmədov küçəsi 12 b ünvanında ağacların texnika vasitəsilə kökündən çıxarılması ilə bağlı Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinə daxil olan şikayət araşdırılıb.

Xidmət rəsmisi Bəhruz Məhəmmədov AZƏRTAC-a bildirib ki, araşdırma zamanı sözügedən ünvanda xüsusi mülkiyyətdə olan torpaq sahəsindəki ağacların müvafiq rəy olmadan ərazinin hüdudları daxilində digər sahəyə qanunsuz köçürüldüyü müəyyən edilib.

“Faktla bağlı əraziyə cavabdeh vətəndaş Zaur Dadaşov barəsində protokol tərtib edilib və o, vəzifəli şəxs qismində 5000 manat məbləğində cərimələnib”,- deyə B.Məhəmmədov bildirib.

Bütün hüquqlar qorunur © 2024

Saytda əks olunan fikir və mülahizələr müəllifə aiddir və
Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına
Dövlət Dəstəyi Agentliyinin rəsmi mövqeyini əks etdirmir