Sayt Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə hazırlanmışdır

Qloballaşan Dünyaya İnteqrasiya İctimai Birliyi
"Bakı və rayonlarda Xəzər sahillərinin və digər su hövzələrinin monitorinqi" layihəsi. 2022

Ekologiya və təbii sərvətlər nazirinin rəhbərlik etdiyi nümayəndə heyəti Tbilisidə Ulu Öndərin abidəsini ziyarət edib

Azərbaycan Respublikasının ekologiya və təbii sərvətlər naziri Muxtar Babayevin rəhbərliyi ilə nümayəndə heyəti Gürcüstanda səfərdədir.
AZƏRTAC xəbər verir ki, nazir M.Babayev noyabrın 28-də Tbilisidəki Heydər Əliyev Parkında Ulu Öndərin abidəsini ziyarət edib, abidə önünə əklil qoyub, xatirəsini ehtiramla yad edib.
M.Babayevi Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyev, nümayəndə heyətinin üzvləri və səfirliyin əməkdaşları müşayiət ediblər.
Nazir, həmçinin Tbilisidəki Qəhrəmanlar Meydanında Gürcüstanın ərazi bütövlüyü uğrunda həlak olmuş qəhrəmanların xatirəsini yad edib, abidə önünə əklil qoyub.

Bütün hüquqlar qorunur © 2022
Saytda əks olunan fikir və mülahizələr müəllifə aiddir və
Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına
Dövlət Dəstəyi Agentliyinin rəsmi mövqeyini əks etdirmir