Sayt Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə hazırlanmışdır

Qloballaşan Dünyaya İnteqrasiya İctimai Birliyi
"Bakı və rayonlarda Xəzər sahillərinin və digər su hövzələrinin monitorinqi" layihəsi. 2022

Fransa XİN-in nümayəndəsi Azərbaycan səfiri ilə nəzakət görüşündə olub

 

Azərbaycanın siyasi iradəsi ilə son 10 il ərzində ölkəmizin Fransa ilə çox yaxşı əməkdaşlıq münasibətləri olub. Təəssüflər olsun ki, münasibətlərimiz son vaxtlar çətin anlar yaşayır.
Ərazilərinin bir hissəsi Ermənistan tərəfindən işğal edildiyinə görə Azərbaycan 30 il işğaldan əziyyət çəkib. Artıq öz ərazi bütövlüyünü bərpa etmiş Azərbaycan qonşu ölkə ilə sülh və münasibətlərin normallaşması istiqamətində müəyyən addımlar atır. Bu gün sülh gündəliyinin irəli aparılması üçün digər ölkələrin dəstəyinə ehtiyac var.
AZƏRTAC xəbər verir ki, bu fikirləri Azərbaycanın Fransadakı yeni səfiri Leyla Abdullayeva onunla nəzakət görüşünə gəlmiş Fransa Avropa və Xarici İşlər Nazirliyinin dövlət protokolu idarəsinin direktor müavini, xarici əlaqələr üzrə müşavir Brüno Bissonla görüşdə deyib.
Azərbaycanın səfiri etimadnamsinin surətini B.Bissona təqdim edib. L.Abdullayeva Azərbaycanın elçisi qismində bölgədəki reallıqlarla bağlı Fransanı məlumatlandırmaq, Azərbaycanın mövqeyini eşitdirmək, iki tərəfli münasibətlərin inkişafına töhfə vermək üçün səylərini əsirgəməyəcəyini qeyd edib və bu məqsədlərə nail olmaq üçün Fransa hökumətinin dəstəyini əldə edəcəyinə ümid ifadə edib.
Fransa XİN-in nümayəndəsi B. Bisson səfir L.Abdullayevaya iki ölkə arasında əlaqələrin daha da inkişafı sahəsindəki fəaliyyətində uğurlar arzulayıb.
Görüşdən sonra B.Bison Azərbaycan Respublikası səfirliyinin Mədəniyyət Mərkəzindəki Azərbaycan muzeyini ziyarət edib.

Bütün hüquqlar qorunur © 2022
Saytda əks olunan fikir və mülahizələr müəllifə aiddir və
Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına
Dövlət Dəstəyi Agentliyinin rəsmi mövqeyini əks etdirmir