Sayt Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə hazırlanmışdır

Qloballaşan Dünyaya İnteqrasiya İctimai Birliyi
"Bakı və rayonlarda Xəzər sahillərinin və digər su hövzələrinin monitorinqi" layihəsi. 2022

Fransanın bir neçə şəhərində rekord temperatur qeyd alınıb

Fransanın cənubundakı bəzi şəhərlərdə havanın temperaturu rekord həddə çatıb. Bu barədə BFMTV kanalı məlumat yayıb. Belə ki, Lapalü şəhərində (Voklüz departamenti) temperatur Selsi üzrə 42,7 dərəcəyə çatıb. İstilərə görə qırmızı həyəcan elan edilən Drom departamentində Vensobr və Püi-Sen-Marten kommunalarında 42,4 və 42,5 dərəcə qeydə alınıb. Daha öncə Fransa rəhbərliyi ölkənin cənub bölgəsindəki dörd departamentdə – Ardeş, Yuxaru Luara, Drom və Ronda isti ilə əlaqədar iqlim təhlükəsinin qırmızı (maksimum) səviyyəsini açıqlamışdı. Həmçinin məlumata görə, Monblan dağında temperatur sıfırdan yuxarı qalxıb ki, bu da buzların əriməsi üçün təhlükə yaradır.

Bütün hüquqlar qorunur © 2022
Saytda əks olunan fikir və mülahizələr müəllifə aiddir və
Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına
Dövlət Dəstəyi Agentliyinin rəsmi mövqeyini əks etdirmir