“Gənc diplomatlar” (Jóvenes Diplomaticos) Beynəlxalq Təşkilatı Azərbaycanı BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasını (COP29) uğurla keçirməsi münasibətilə təbrik edib.
“Report” xəbər verir ki, bu barədə təşkilatın “X” sosial şəbəkəsindəki hesabında paylaşım edilib.
“Təşkilat Azərbaycanı və COP29-un təşkilatçılarını konfrans çərçivəsində əldə edilən real nailiyyətlərə, uğurlu danışıqlara və razılaşmalara görə təbrik edir. “Gənc diplomatlar” Azərbaycanın iqlim dəyişikliyi üzrə qlobal gündəliyə verdiyi dəyərli töhfə ilə qürur duyur”, – paylaşımda qeyd olunub.