Sayt Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə hazırlanmışdır

Qloballaşan Dünyaya İnteqrasiya İctimai Birliyi
"Bakı və rayonlarda Xəzər sahillərinin və digər su hövzələrinin monitorinqi" layihəsi. 2022

Gənclər arasında intellektual bilik müsabiqəsi keçirildi

 21 oktyabr 2023-cü il tarixdə Bakı şəhəri, Xətai rayonu 25 nömrəli tam orta məktəbdə “Elin Səsi” Milli-Mənəvi Dəyərlərimizin Qorunması İctimai Birliyi tərəfindən Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Milli sərvətimiz – mənəvi dəyərlərimiz” layihəsi çərçivəsində gənclər arasında milli-mənəvi dəyərlər istiqamətində intellektual bilik müsabiqəsi keçirildi. Tədbir, Azərbaycan Respublikasının Dövlət Himni ilə başladı və 44 günlük Vətən müharibəsində şəhid olmuş qəhrəmanlarımız 1 dəqiqəlik sükutla yad olundu. Daha sonra tədbiri giriş sözü ilə 25 nömrəli tam orta məktəbin direktoru Fəridə Şərifova açaraq hər kəsi salamladı və layihənin əhəmiyyəti, gənclər arasında bu istiqamətdə maarifləndirmə işinin aparılmasının vacibliyindən danışdı.

Növbəti çıxış üçün söz “Elin Səsi” Milli-Mənəvi Dəyərlərimizin Qorunması İctimai Birliyinin sədri Elvin Talışınskiyə verildi. E.Talışınski milli-mənəvi dəyərlərimizin qorunmasından, vətənpərvərlik hisslərinin yeniyetmə və gənclərə aşılanmasının vacibliyindən bəhs etdi. Həmçinin o, bu cür tədbirlərin və müsabiqələrin həyata keçirilməsinin vacibliyini, eyni zamanda yeniyetmə və gənclərdə milli-mənəvi dəyərlərə bağlılığın formalaşdırılması istiqamətində işlərin görülməsinin daha çox olmasını qeyd etdi. Həmçinin E.Talışınski müsabiqənin şərtləri haqqında geniş şəkildə məlumat verdi.

Çıxışlardan sonra müsabiqəyə start verildi. Müsabiqədə hər komandada 5 nəfər olmaqla 6 komanda – Dəmir Yumuruq, Şuşa, Fizuli, Xocalı, Xankəndi və Qarabağ komandaları iştirak edirdi. Gərgin mübarizədən sonra komandalar arasından Dəmir Yumuruq komandası 1-ci, Şuşa komandası 2-ci, Fizuli komandası 3-cü yerin qalibi oldu. Qalib komandalara mükafatlar, fəxri fərmanlar, iştirak edən digər komandalara isə sertifikatlar və layihə çərçivəsində çap olunmuş kitablar təqdim olundu. Sonda müsabiqə və tədbir iştirakçıları ilə birgə xatirə foto şəkil çəkdirildi.

Bütün hüquqlar qorunur © 2022
Saytda əks olunan fikir və mülahizələr müəllifə aiddir və
Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına
Dövlət Dəstəyi Agentliyinin rəsmi mövqeyini əks etdirmir