Sayt Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə hazırlanmışdır

Qloballaşan Dünyaya İnteqrasiya İctimai Birliyi
"Bakı və rayonlarda Xəzər sahillərinin və digər su hövzələrinin monitorinqi" layihəsi. 2022

Göygöldə qanunsuz çalışan ocaqxanaların fəaliyyəti dayandırılıb

Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğın Nəzarəti Xidməti (DYNX) Göygöldə qanunsuz çalışan ocaqxanaların fəaliyyətini dayandırıb.

Bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən məlumat verilib.

Belə ki, Xidmətin əməkdaşları tərəfindən aparılan monitorinqlər zamanı rayonun Toğanalı kənd sakinləri Rəşid Akif oğlu Məhərrəmov, Elmidar Eldar oğlu Həsənov, Dəyanət Mənzil oğlu Həsənov, Rəhman Ağarıza oğlu Quliyev, Təranə Əjdər qızı Əliyeva, Elmir Hidayət oğlu Həsənov, Ağarza Rəhman oğlu Quliyev, Yaşa Dəmir oğlu Ocaqverdiyev, Rabil Zabit oğlu Quliyev, Azər Qafar oğlu Qurbanov, Aybəniz Tapdıq qızı Abbasova və Əfəndi Yaşa oğlu Ocaqverdiyevə məxsus həyətyanı sahələrdə qeyri-qanuni yolla ağac kömürü istehsal edən ocaqxanalar aşkar olunub.

Sıx meşə ilə sərhəddə qanunsuz fəaliyyətlə məşğul olan işbazlar tərəfindən kustar üsulla düzəldilmiş, heç bir yanğın təhlükəsizliyi qaydalarının tələblərinə cavab verməyən ocaqxanaların yaşayış massivində, həmçinin meşə ərazisinin yaxınlığında istismar edilməsi yanğın təhlükəsini yaratmaqla, baş verə biləcək yanğının qısa zamanda geniş əraziyə yayılması, eləcə də təbiətə, insan həyatı və sağlamlığına təhlükə riskinə səbəb olur.

Yuxarıda qeyd olunanları nəzərə alaraq, yanğın təhlükəsizliyinin təmin edilməsi məqsədilə qanunvericiliyin tələblərinə zidd olaraq ağac kömürünün hazırlandığı ocaqxanaların fəaliyyəti dayandırılaraq, onları təşkil edən Göygöl rayonu, Toğanalı kəndinin adı çəkilən sakinləri barəsində FHN-in DYNX -də fakt rəsmiləşdirilib və qanunvericiliklə nəzərdə tutulmuş qaydada müvafiq tədbirlərin görülməsi üçün aidiyyəti dövlət qurumlarına rəsmi müraciətlər edilib.

Bütün hüquqlar qorunur © 2022
Saytda əks olunan fikir və mülahizələr müəllifə aiddir və
Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına
Dövlət Dəstəyi Agentliyinin rəsmi mövqeyini əks etdirmir