Sayt Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə hazırlanmışdır

Qloballaşan Dünyaya İnteqrasiya İctimai Birliyi
"Bakı və rayonlarda Xəzər sahillərinin və digər su hövzələrinin monitorinqi" layihəsi. 2022

İƏT: Beynəlxalq Tolerantlıq Günü birgəyaşayış ideyalarının təşviqi üçün yaxşı fürsətdir

İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Müdrikliyin Səsi Mərkəzi 1996-cı ildə BMT-nin Baş Assambleyası tərəfindən qəbul edilmiş və hər il noyabrın 16-da qeyd edilən Beynəlxalq Tolerantlıq Gününün birgəyaşayış ideyalarının təşviqi və nifrətdən imtina etmək üçün yaxşı fürsət olduğunu bəyan edib.
İƏT-in Baş katibliyində AZƏRTAC-a bildiriblər ki, Mərkəz bu əlamətdar gün münasibətilə tolerantlıq dəyərlərindən irəli gələn əsas prinsipləri təşkilatın başlıca məqsəd və prinsiplərindən biri kimi təsdiq edir. Belə ki, İƏT-in Nizamnaməsində müxtəliflik və mötədillik, tolerantlıq, sülh və birgəyaşayış dəyərləri, eləcə də cəmiyyətlər arasında yaxınlaşma körpülərinin qurulması prioritet istiqamətlər kimi təsbit olunub.
Beynəlxalq Tolerantlıq Günü münasibətilə yayılan bəyanatda qeyd olunub ki, Müdrikliyin Səsi Mərkəzi öz vəzifələrini interaktiv və bir-birini tamamlayan şəkildə yerinə yetirmək üçün digər beynəlxalq təşkilatlar və tərəfdaşlarla imzalanmış sənədlərdə təsbit olunmuş bəşəri dəyərlərə sadiqliyini yeniləyir. Əlavə olaraq, diqqəti İƏT-in və onun təmsil etdiyi ölkələrin bəşəriyyətin aktual problemlərinin həllində mühüm rol oynadığına çəkir. “İslam dünyası irqçilik, ekstremizm kimi mənfi təzahürləri qətiyyətlə rədd edir, tolerantlıq ideyalarını birgəyaşayışın, dini və mədəni müxtəlifliyin bərqərar ola biləcəyi imkan kimi dəstəkləməyə çalışır”, – deyə sonda vurğulanıb.

Bütün hüquqlar qorunur © 2022
Saytda əks olunan fikir və mülahizələr müəllifə aiddir və
Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına
Dövlət Dəstəyi Agentliyinin rəsmi mövqeyini əks etdirmir