İbtidai sinif müəllimləri üçün keçirilən mentor dəstəkli təlim kursu başa çatıb

AR Elm və Təhsil Nazirliyinin “Təhsildə inkişaf və innovasiyalar üzrə” VI Qrant müsabiqəsinin qalibi olan və Bakı şəhər Nərimanov rayonu 212 №-li tam orta məktəb tərəfindən icra olunan “Mental arifmetika klubunun təşkili və davamlı inkişafı” layihəsi üzrə təşkil olunan mentor dəstəkli təlim kursu başa çatmışdır.

Bakı şəhəri 212 №-li tam orta məktəbdə keçirilən və 10 gün davam edən təlimdə adı çəkilən təhsil müəssisəsinin 20-yə yaxın ibtidai sinif müəllimi iştirak edərək, onlayn öyrətmə platforması Khan Academy, ondan peşəkar istifadə qaydaları, texniki vasitələrlə riyaziyyat, sürətli hesablama üzrə tədris aparmaq təcrübəsi üçün bilik, bacarıqlara yiyələndilər, praktik təcrübələr əldə edib, Khan Academy ilə arifmetika sahəsində potensiallarıını artırdılar.

Təlim müddətində müəlimlər interaktiv şəkildə Khan Academy ilə bağlı həm nəzəri, həm də praktik məlumatları mənimsəməklə, bu yeni onlayn öyrətmə platformasının onların fəaliyyətində müsbət dəyişikliklərə səbəb olacağı qənatini də bildirdilər.

 

Khan Academy ilə arifmetika və sürətli hesablamanın şagirdlərin və onların valideynlərinin də marağına səbəb olacağını qeyd edən təlim iştirakçıları ibtidai siniflərdə tədrisin müasir üsul və texnologiyalarla aparılmasının zəruriliyini və bu sahədə onların bilik və bacarıqlarının artırılmasının əhəmiyyətini vurğuladı.

Təlimin sonunda iştirakçıların və ümumi təlim prossesinin qiymətləndirilməsi aparıldı, müəllimlərin doldurması üçün sorğu anketi təqdim olundu. Təlim kursunun yekun qiymətləndirilməsindən sonra müəllimlər üçün sertifikatların təqdimatı təşkil olundu.

9 ay müddətində icra olunacaq layihənin növbəti mərhələsində adı çəkilən məktəbə planşet və digər texniki vəsaitlərin alınması ilə növbəti aydan Khan Academy ilə ibtidai siniflərdə riyaziyyat dərslərinin və klubun təşkili ilə arifmetika tədrisi praktik olaraq həyata keçiriləcəkdir.

Layihə və ümumi olaraq bu Khan Academy ilə onlayn öyrətmə platformasının təbliği istiqamətində layihə çərçivəsində sosial çarxın hazırlanması və TV və internetdə yayımı da nəzərdə tutulur.

 

 

Bütün hüquqlar qorunur © 2024

Saytda əks olunan fikir və mülahizələr müəllifə aiddir və
Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına
Dövlət Dəstəyi Agentliyinin rəsmi mövqeyini əks etdirmir