Sayt Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə hazırlanmışdır

Qloballaşan Dünyaya İnteqrasiya İctimai Birliyi
"Bakı və rayonlarda Xəzər sahillərinin və digər su hövzələrinin monitorinqi" layihəsi. 2022

İbtidai siniflər üçün stimullaşdırıcı sosial çarx çəkilib

AR Elm və Təhsil Nazirliyinin “Təhsildə inkişaf və innovasiyalar üzrə” VI Qrant müsabiqəsinin qalibi olan və Bakı şəhər Nərimanov rayonu 212 №-li tam orta məktəb tərəfindən icra olunan “Mental arifmetika klubunun təşkili və davamlı inkişafı” layihəsi üzrə növbəti fəaliyyətlər həyata keçirilməyə başlamışdır.

Layihənin PR xidmətindən saytımıza bildirilib ki, ilk olaraq onlayn öyrətmə platforması Khan Academy, onun ibtidai siniflər üçün əhəmiyyəti, texniki vasitələrlə ondan peşəkar istifadə, riyaziyyat, sürətli hesablamanın motivasiyasına aid stimullaşdırıcı sosial çarx çəkilmiş və internet resurslarında yerləşdirilmişdir.

Təlim almış müəllimlərin və şağirdlərin praktik dərsləri üçün adı çəkilən 212 №-li tam orta məktəbə layihə çərçivəsində planşetlər və digər texniki vəsaitlər (qulaqlıq, modem) alınmış və qrafikə uyğun praktik məşğələlərə başlanmışdır.

Layihə və onun fəaliyyətlərinin bütün mərhələləri sosial media, şəbəkələr və digər internet resurslarında requlay yayılmaqdadır.

Sonda layihə iştirakçılarının davamlı şəbəkəsinin qurulması da nəzərdə tutulur.

Bütün hüquqlar qorunur © 2022
Saytda əks olunan fikir və mülahizələr müəllifə aiddir və
Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına
Dövlət Dəstəyi Agentliyinin rəsmi mövqeyini əks etdirmir