Sayt Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə hazırlanmışdır

Qloballaşan Dünyaya İnteqrasiya İctimai Birliyi
"Bakı və rayonlarda Xəzər sahillərinin və digər su hövzələrinin monitorinqi" layihəsi. 2022

Küveyt və Ərəb Elektron Media Birlikləri Qarabağda qanunsuz erməni hərbi birləşmələrinin təxribatlarını pisləyib

Küveyt və Ərəb Elektron Media Birliklərinin İdarə Heyətinin sədri Feysəl Xəlifə Əl-Səvvağ Azərbaycan Respublikasının Qarabağ bölgəsində qanunsuz erməni hərbi birləşmələrinin təxribatlarını pisləyən bəyanat yayıb.

Azərbaycanın Küveytdəki səfirliyindən AZƏRTAC-a bildiriblər ki, bəyanatda qeyd olunub:

“Sentyabrın 19-da Azərbaycan Respublikasının Qarabağ bölgəsində qeyri-qanuni yerləşmiş erməni kəşfiyyat-diversiya qrupları tərəfindən Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunda əvvəlcədən quraşdırılmış minaların partlaması səbəbindən mülki şəxslərin və hərbi qulluqçuların həlak olması ilə nəticələnən terror aktını qəti şəkildə pisləyirik.

Dinc əhalinin, o cümlədən işğaldan azad olunan ərazilərdə aparılan bərpa- quruculuq işlərinə cəlb olunmuş mülki işçilərin və hərbi qulluqçuların təhlükəsizliyinin təmin olunması məqsədilə erməni silahlı dəstələrinin tərk-silah edilərək Azərbaycan ərazilərindən çıxarılmasını tələb edirik. Eyni zamanda, Ermənistanı 2020-ci il noyabrın 10-da imzalanmış üçtərəfli Bəyanatın müddəalarına əməl etməyə çağırırıq.

Azərbaycan rəhbərliyini və xalqını Qarabağ torpaqlarında suverenliyin tam təmin edilməsi münasibətilə təbrik edirik. Bununla yanaşı, bildiririk ki, Azərbaycan Respublikasının Qarabağ bölgəsində qeyri-qanuni yerləşmiş erməni silahlı qüvvələrinin təxribatlarına dair məlumatlar Küveytin kütləvi informasiya vasitələrində geniş işıqlandırılıb”.

Bütün hüquqlar qorunur © 2022
Saytda əks olunan fikir və mülahizələr müəllifə aiddir və
Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına
Dövlət Dəstəyi Agentliyinin rəsmi mövqeyini əks etdirmir