Beynəlxalq Qırmızı Xaç Komitəsi (BQXK) əməkdaşlarının müşayiəti ilə Xankəndi-Gorus istiqamətində “Laçın” sərhəd-buraxılış məntəqəsində erməniəsilli şəxslərin növbəti dəfə sərbəst keçidi təmin edilib. “Report”un ərazidə olan əməkdaşı xəbər verir ki, bu gün məntəqədən BQXK-yə məxsus nəqliyyat vasitələri keçid edib.Həmin nəqliyyat vasitələrinin içərisində ümumilikdə 30 şəxs olub.Onların sənədləri yoxlanılıb və sərbəst hərəkətləri təmin edilib.Bu, bir daha mülki ermənilərin sərhəd-buraxılış məntəqəsindən keçidində heç bir maneənin, hər hansı çətinliyin olmamasını göstərir.