Bu gündən orta məktəblərdə 2022-2023-cu tədris ilinin payız tətili başa çatıb.
Təhsil Naziliyindən Modern.az-a verilən məlumata görə, payız tətili 5 gün – 16-20 noyabr tarixlərini əhatə edib.
Dərs ilinin növbəti tətlili qışa təsadüf edəcək. Belə ki, 5 günlük qış tətili 27-31 yanvar tarixlərində olacaq.
Bu dərs ilində ibtidai siniflər üçün 5 gün əlavə tətil (1-5 may) də nəzərdə tutulub.
Xatırladaq ki, ümumtəhsil məktəblərində dərslər sentyabrın 15-də başlayıb iyunun 14-də başa çatır. Dərs ilinin birinci yarımili 15 sentyabr – 26 yanvar, ikinci yarımili 1 fevral – 14 iyunu əhatə edir.