Sayt Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə hazırlanmışdır

Qloballaşan Dünyaya İnteqrasiya İctimai Birliyi
"Bakı və rayonlarda Xəzər sahillərinin və digər su hövzələrinin monitorinqi" layihəsi. 2022

Mərkəzi Bank: Valyuta hərracında tələb 76,2 milyon ABŞ dolları təşkil edib

Noyabrın 15-də Mərkəzi Bankda Dövlət Neft Fondunun da iştirakı ilə valyuta hərracı keçirilib.

Bankdan AZƏRTAC-a bildirilib ki, hərracda tələb 76,2 milyon ABŞ dolları təşkil edib və tam təmin olunub. Hərracda manatın ortaçəkili məzənnəsi 1,7000 səviyyəsində formalaşıb. Hərracda tələbin əvvəlki hərraclarla müqayisədə nisbətən yüksək olması ötən həftə bayram günləri ilə əlaqədar qrafik üzrə nəzərdə tutulmuş iki hərrac əvəzinə yalnız bir hərracın keçirilməsi səbəbindən toplanmış tələblə əlaqədardır.

Bütün hüquqlar qorunur © 2022
Saytda əks olunan fikir və mülahizələr müəllifə aiddir və
Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına
Dövlət Dəstəyi Agentliyinin rəsmi mövqeyini əks etdirmir