Sayt Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə hazırlanmışdır

Qloballaşan Dünyaya İnteqrasiya İctimai Birliyi
"Bakı və rayonlarda Xəzər sahillərinin və digər su hövzələrinin monitorinqi" layihəsi. 2022

Manisada 20 Yanvar şəhidlərinin xatirəsi yad edilib

Türkiyənin Manisa şəhərində Manisa Azərbaycan Kültür və Həmrəylik Dərnəyi tərəfindən keçirilən  tədbirdə 20 Yanvar şəhidlərinin xatirəsi ehtiramla yad edilib.
Tədbirdə Dünya Qarapaq Türkləri Birliyinin rəhbər, jurnalist Seyfulla Türksoy, Rusiya Federasiyası Dövlət Duma məsul əməkdaşı Ramin Qasımov, ictmai xadim və iş adamı Səadət Qarayeva, Cümhuriyyət Xalq Partiyasının deputatlığa namizədi M. Semih Balaban, Yunusemre İlçe sədri Av. Yalçın Arçak, Milliyyətçi Hərəkat Partiyası İl başçı köməkçisi Ali Dağlıoğlu, İyi Partiya İl Qadın Siyasətləri və Şehzadeler İlçesi Qadın Siyasətləri Təşkilatının sədri və İdarə Heyətinin sədri, Deva Partiyasının İl Qadın İşçi sədri, Zəfər Partiyası İl İdarəsi rəhbəri, Ardahanlılar Dərnəyi və Çukurovalılar Dərnəyinin sədri, Türkiyə İctimai-Sen-ə bağlı Birlik şöbə başçıları, Hürriyetçi Eğitim Sen Şöbə Müdirliyi, Manisa Azərbaycanlı Tələbələr Dərnəyinin (MANAT) idarə heyətinin üzvlər və digər dəyərli qonaqlar iştirak ediblər.
Tədbirdə Manisa Azərbaycan Kültür və Həmrəylik Dərnəyinin prezidenti Şentürk Hoşgül deyib ki, ağrı-kədər qədər qürur duyduğumuz bu gecədə Azadlıq, İstiqlal, Azadlıq deyərək vətən uğrunda şəhid olan, müstəqillik məşəlini alovlandıran qəhrəmanlarımızı bir hüznlə anırıq.
Konfrans iştirakçıları Dünya Qarapaq Türkləri Birliyinin rəhbər, jurnalist Seyfulla Türksoyun sovet əsarətinə və erməni təcavüzünə qarşı milli müqavimət ruhu, Qarabağ zəfərinə aparan prosesi haqda çıxışını dinləyiblər.
Rusiya Federasiyası Dövlət Duma məsul əməkdaşı Ramin Qasımov, Rusiyada diaspor üzvü və iş adamı Səadət Qarayeva 1990-cı ilin 20 yanvarında Bakı soyqırımının aci nəticələri haqqında danışıblar.

 

Bütün hüquqlar qorunur © 2022
Saytda əks olunan fikir və mülahizələr müəllifə aiddir və
Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına
Dövlət Dəstəyi Agentliyinin rəsmi mövqeyini əks etdirmir