“MasterChefTürkiye” yarışmasının növbəti buraxılışı Azərbaycana həsr edilib

Dövlət Turizm Agentliyinin dəstəyi ilə Türkiyənin “TV8” kanalı “MasterChefTürkiye” kulinariya yarışmasının növbəti buraxılışını Azərbaycana həsr edib. Agentliyin məlumatına görə, dağüstü park ərazisində Bakı şəhərinin panoram görüntüsü fonunda çəkilmiş buraxılışda komandalar Azərbaycanın milli kulinariya nümunələrindən müxtəlif yeməklər hazırlayıblar. Proqramda Azərbaycan təamları, onların hazırlanma texnikalarından bəhs edilir, həmçinin veriliş çərçivəsində Bakının, eləcə də Qarabağın füsunkar mənzələrindən kadrlar təqdim olunur. “MasterChefTürkiye”nin Azərbaycan buraxılışı bu gün Bakı vaxtı ilə saat 21:00-da “TV8”də yayımlanacaq.

Bütün hüquqlar qorunur © 2024

Saytda əks olunan fikir və mülahizələr müəllifə aiddir və
Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına
Dövlət Dəstəyi Agentliyinin rəsmi mövqeyini əks etdirmir