Sayt Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə hazırlanmışdır

Qloballaşan Dünyaya İnteqrasiya İctimai Birliyi
"Bakı və rayonlarda Xəzər sahillərinin və digər su hövzələrinin monitorinqi" layihəsi. 2022

Milli Məclis sədrinin rəhbərliyi ilə parlament nümayəndə heyəti Kambocaya səfər edəcək

Milli Məclisin sədri Sahibə Qafarovanın başçılığı ilə parlament nümayəndə heyəti noyabrın 20-də Kamboca Krallığına səfər edəcək.Parlamentin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, nümayəndə heyətinin tərkibinə deputatlardan Ramin Məmmədov, Elnur Allahverdiyev və digər rəsmi şəxslər daxildirlər.Rəsmi səfər çərçivəsində nümayəndə heyəti Kamboca Krallığının parlamentində olacaq. Burada keçirilən görüşlərdə parlamentlərarası və ikitərəfli əlaqələrin bugünkü, gələcək perspektivləri barədə fikir mübadiləsi aparılacaq.

Səfər zamanı nümayəndə heyətimiz ölkənin paytaxtı Pnompendə keçiriləcək Cənub-Şərqi Asiya Ölkələri Parlamentlərarası Assosiasiyanın (AİPA) Baş Assambleyasının 43-cü iclasında iştirak edəcək.Milli Məclisin sədri Assambleyada müzakirəyə çıxarılan məsələlərə Azərbaycan tərəfinin münasibətini bildirəcək, tədbirdə iştirak edəcək nümayəndə heyətlərinin rəhbərləri ilə bir sıra görüşlər keçirəcək.

Bütün hüquqlar qorunur © 2022
Saytda əks olunan fikir və mülahizələr müəllifə aiddir və
Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına
Dövlət Dəstəyi Agentliyinin rəsmi mövqeyini əks etdirmir