Sayt Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə hazırlanmışdır

Qloballaşan Dünyaya İnteqrasiya İctimai Birliyi
"Bakı və rayonlarda Xəzər sahillərinin və digər su hövzələrinin monitorinqi" layihəsi. 2022

Milli Qəhrəmanla səmimi görüş

Yanvarın 5-də Bakıda Azərbaycanın Milli Qəhrəmanı İbad Hüseynovla Krasnoyarsk diyarının regional Azərbaycan Milli-Mədəni Muxtariyyəti sədrinin müavini Azər Mustafayev, Saloğlu Şirkətlər Qrupunun rəhbəri Tacəddin Mustafayev və ehtiyatda olan polkovnik, Birinci Qarabağ Müharibəsinin veteranı Mehman Qədiməliyevin görüşü olub.

“Diaspornews.az” xəbər verir ki, görüşdə Prezident İlham Əliyevin apardığı uzaqgörən və düşünülmüş siyasəti, Azərbaycan Ordusunun şücaəti nəticəsində ərazi bütövlüyümüzün tam bərpa edilməsi böyük qürur hissi ilə vurğulanıb, şəhidlərimizə Allahdan rəhmət, qazilərimizə isə şəfalar dilənib.
Həmçinin Azərbaycanda həyata keçirilən iqtisadi siyasət, sahibkarlığın inkişafı üçün yaradılan münbit şərait xüsusi qeyd edilib.
Görüş iştirakçıları dünya azərbaycanlılarının həmrəyliyi, xaricdəki soydaşlarımızın cənab Prezidentin ətrafında birləşməsinin önəmini vurğulayıblar. Məhz bu birliyin qarşıdan gələn növbədənkənar prezident seçkilərində də olmasının vacibliyi xatırlanıb.
Milli Qəhrəman İbad Hüseynov ona göstərilən diqqətə görə qonaqlara təşəkkür edərək yeni ildə onların hər birinə uğurlar arzu edib.
Mənalı və yaddaqalan görüşün sonunda xatirə şəkli çəkilib.

Bütün hüquqlar qorunur © 2022
Saytda əks olunan fikir və mülahizələr müəllifə aiddir və
Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına
Dövlət Dəstəyi Agentliyinin rəsmi mövqeyini əks etdirmir