Mingəçevirdə “Milli-mənəvi dəyərlərin və ictimai davranş qaydalarının təbliği” mövzusunda tədbir keçirilib

11 oktyabr tarixində Mingəçevir şəhər Gənclər Evində “Milli-mənəvi dəyərlərin və ictimai davranş qaydalarının təbliği” mövzusunda tədbir keçirilib.
Tədbir Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə “Gələcəyə Baxış” Avropaya İnteqrasiya İctimai birliyininin layihəsi çərçivəsində həyata keçirilib.
Tədbirin keçirilməsində məqsəd mədəni, sivil gənc nəslin formalaşdırılmasına səy göstərmək, mədəni inteqrasiya şəraitində milli-mənəvi, əxlaqi dəyərlərin daha da inkişaf etdirilməsində cəmiyyətin rolunun artırılması və məktəblilər arasında ictimai davranış qaydaları ilə bağlı maarifləndirmənin aparılmasıdır.

İlkin olaraq “İctimai Davranış Mədəniyyəti” adlı sosial çarx izlənilib. Sosial çarxda sosial sorğu keçirilib. Sorğuda davranış qaydasından və dəyərlərimizdən söz açılıb.
Layihənin rəhbəri B. Nəsibova layihənin məqsədindən danışaraq bildirib ki, Milli-mənəvi dəyərlərimizin qorunması, onların müəyyən bir çərçivədə təbliği əsas məsələlərdən biri kimi hər bir azərbaycanlını düşünməyə vadar edir. Zamanın müxtəlif illərində milli-mənəvi dəyərlərimiz meyar olaraq, xalqın milli düşüncəsinə, onun bir vətəndaş kimi formalaşmasına təsirini göstərmiş, bu gün də yetişən nəsil,məhz bu prosesin
içərisində özünü, Azərbaycançılıq məfkurəsini dərk edərək, mövqeyini müəyyənləşdirməlidir. Belə bir şəraitdə xalqımızın mənəvi aşınmalardan qorunması üçün dövlətimiz müxtəlif maarifləndirici və praktiki tədbirlər görür. Sonra Bəsti Nəsibova Davranış qaydalarından danışaraq qeyd edib ki,-bizim davranışımız kim olduğumuzu göstərir. Hər birimiz öz darınışımıza fikir verməliyik və çalışmalıyıq ki, davranışımızda qüsura yol verməyək.
Psixoloq Gültəkin Məmmədova isə öz növbəsində şagirdlərə və gənclərə qeyd edib ki, – insanlar arasında müəyyən qanunlar, davranış normalarının mövcudluğuna ehtiyac duyulmuşdur. Çünki insanlar arasındakı münasibətləri tənzimləyən normalar olmasa, özbaşınalıq və xaos hökm sürər, cəmiyyət idarəolunmaz hala gələ bilər. Ona görə də, hər bir dövrə uyğun cəmiyyətdə davranış qaydaları müəyyən edilir. Müstəqil həyatda tələblər dəyişir. Uşaq olarkən heç bir məsuliyyət daşınılmayan məsələlərdə belə müəyyən məsuliyyət müəyyən edilir. Ona görə də, məktəblilər və gənclər gələcəkdə qanunlara hörmət etmək, cəmiyyətdə özünü idarə etmək vərdişlərinə yiyələnmiş olurlar.
Bir sözlə, davranış qaydaları ən sadə cəmiyyət qanunlarıdır və onlara əməl etməklə hər bir şəxs özünün yetkin şəxsiyyət kimi formalaşmasına zəmin yaradır. Sonda tədbir iştirakçıları öz fikirlərini söyləyiblər. Layihə rəhbəri və psixoloq iştirakçıların suallarını cavablandırıblar.

Bütün hüquqlar qorunur © 2024

Saytda əks olunan fikir və mülahizələr müəllifə aiddir və
Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına
Dövlət Dəstəyi Agentliyinin rəsmi mövqeyini əks etdirmir