Sayt Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə hazırlanmışdır

Qloballaşan Dünyaya İnteqrasiya İctimai Birliyi
"Bakı və rayonlarda Xəzər sahillərinin və digər su hövzələrinin monitorinqi" layihəsi. 2022

Misirdə Azərbaycanın Zəfər Günü və əlamətdar bayramları münasibətilə tədbir keçirilib

Ölkəmizin Misirdəki səfirliyində Azərbaycanın Zəfər Günü, Dövlət Bayrağı Günü və Konstitusiya Günü münasibətilə tədbir keçirilib.AZƏRTAC xəbər verir ki, tədbirdə Misir ictimaiyyətinin nümayəndələri, Türkiyə və Pakistanın diplomatları və hərbi attaşeləri, həmçinin Qahirədəki Azərbaycan icmasının üzvləri və yerli media təmsilçiləri iştirak ediblər.Tədbirdə çıxış edən ölkəmizin Misirdəki səfiri Elxan Poluxov Prezident, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun 44 günlük müharibədə qazındığı möhtəşəm Qələbədən, torpaqlarımızın düşmən işğalından azad edilməsindən bəhs edib. O vurğulayıb ki, hazırda azad olunmuş ərazilərdə irimiqyaslı bərpa və quruculuq işləri aparılır, eyni zamanda, sülhsevər ölkə olan Azərbaycan regionda yeni reallıqlar fonunda dayanıqlı sülhün və sabitliyin təmin edilməsi istiqamətində səylərini davam etdirir.Səfir diqqətə çatdırıb ki, Azərbaycanın işğala məruz qaldığı illərdə dost ölkə olan Misir daim ölkəmizin ərazi bütövlüyünü, xalqımızın haqlı mövqeyini dəstəkləyib. O əlavə edib ki, Azərbaycan-Misir əlaqələri sürətli inkişaf dövrünü yaşayır və ikitərəfli münasibətlərimiz daha da möhkəmlənəcək.

Tədbirdə Azərbaycanın Zəfər Günü münasibətilə lentə alınmış sənədli film nümayiş etdirilib.

Bütün hüquqlar qorunur © 2022
Saytda əks olunan fikir və mülahizələr müəllifə aiddir və
Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına
Dövlət Dəstəyi Agentliyinin rəsmi mövqeyini əks etdirmir