Sayt Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə hazırlanmışdır

Qloballaşan Dünyaya İnteqrasiya İctimai Birliyi
"Bakı və rayonlarda Xəzər sahillərinin və digər su hövzələrinin monitorinqi" layihəsi. 2022

Müqavilə əsasında xidmət göstərən fiziki şəxsin vergi öhdəliyi nədir?

Müqavilə əsasında xidmət göstərən şəxslər vergi orqanında uçotda olduqda və ya olmadıqda vergiləri necə ödəməlidirlər?AZƏRTAC Dövlət Vergi Xidmətinə istinadla xəbər verir ki, mövzunu şərh edən vergi qanunvericiliyi eksperti Təhməz Qaçayevin sözlərinə görə, fiziki şəxs vergi orqanında uçotda olduğu halda, mülki müqavilə əsasında xidmət göstərərsə, bu halda onun fəaliyyəti sahibkarlıq fəaliyyəti hesab olunur və gəlirlərindən (xərclər çıxılmaqla) 20 faiz dərəcə ilə gəlir vergisi hesablanmalıdır.Ekspert əlavə edib ki, fiziki şəxs mikrosahibkarlıq subyekti olduqda isə gəlirlərinin və xərclərinin ayrılıqda uçotu aparılmaqla gəlirlərinə 75 faiz güzəşt hüququ əldə edir. Həmin şəxs vergi orqanına gəlir vergisi bəyannaməsi təqdim etməlidir.Mülki xarakterli müqavilə ilə çalışan vergiödəyicisinin məcburi dövlət sosial sığorta haqqı isə minimum aylıq əməkhaqqı məbləğinin 25 faizi həcmində müəyyənləşdirilib.

Bütün hüquqlar qorunur © 2022
Saytda əks olunan fikir və mülahizələr müəllifə aiddir və
Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına
Dövlət Dəstəyi Agentliyinin rəsmi mövqeyini əks etdirmir