Sayt Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə hazırlanmışdır

Qloballaşan Dünyaya İnteqrasiya İctimai Birliyi
"Bakı və rayonlarda Xəzər sahillərinin və digər su hövzələrinin monitorinqi" layihəsi. 2022

Murmanskda keçirilən “Biz birlikdəyik” festivalında Azərbaycan təmsil olunub

23 dekabr 2023-cü ildə Murmansk Vilayətində yerləşən Qabaqcıl peşə hazırlığı Mərkəzində Rusiya və MDB ölkələri xalqlarının “Biz birlikdəyik” milli mətbəxi festivalı keçirildi. Bu festivalda müxtəlif xalqların nümayəndələri iştirak etmişlər. Həmçinin “Azərbaycan Mədəniyyət Mərkəzi” Murmansk regional ictimai təşkilatının sədr müavini Fəyyazlı Mehdi Afiq oğlu çıxış etmişdir. O, iştirakçıları və qonaqları Azərbaycanımızın tarixi, xalqın mənşəyi, xalq geyimlərinin rəngləri və günəşli Azərbaycanımızın milli mətbəxi ilə tanış etmişdir. Sonda isə dahi Azərbaycan şairi Səməd Vurğunun Azərbaycan haqqında şeirini Azərbaycan türkcəsində səsləndirmişdir.

Bütün hüquqlar qorunur © 2022
Saytda əks olunan fikir və mülahizələr müəllifə aiddir və
Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına
Dövlət Dəstəyi Agentliyinin rəsmi mövqeyini əks etdirmir