Naxçıvanda “Darıdağ” Arsenli Su Müalicəxanasına mediatur təşkil olunub

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Sosial Xidmətlər Agentliyi tərəfindən Naxçıvan Muxtar Respublikasında təşkil olunan mediaturun ikinci günü “Darıdağ” Arsenli Su Müalicəxanası ilə tanışlıq olub.
Agentliyin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, media nümayəndələri burada yaradılan şəraitlə yanaşı, yollayışla təmin olunan imtiyazlı şəxslərə göstərilən xidmətlərlə tanış olublar.
Müalicəxanada vətəndaşların müayinəsi, müalicəsi və istirahəti üçün hərtərəfli şərait yaradılıb. Burada arsenli su vannası vasitəsilə revmatik, dəri, əzələ və sinir sistemləri xəstəliklərinin ambulator müalicəsi aparılır.

Bütün hüquqlar qorunur © 2024

Saytda əks olunan fikir və mülahizələr müəllifə aiddir və
Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına
Dövlət Dəstəyi Agentliyinin rəsmi mövqeyini əks etdirmir