Noyabrın 22-si saat 22:00-dan 22:45-dək Ermənistan silahlı qüvvələrinin bölmələrinin mövqeləri istiqamətində Azərbaycan Ordusunun bölmələri tərəfindən guya atəş açılması ilə bağlı qarşı tərəfin yaydığı məlumat tamamilə yalandır, həqiqətəuyğun deyil.Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, Ermənistan müdafiə nazirliyinin yaydığı bu məlumatı qəti surətdə təkzib edirik.